Xəzər Xəbər

Ukrayna pilotsuz hücum təyyarəsinin sınaqlarını keçirir

Texnologiya | 22:28 • 4 Dekabr 2022
Ukrayna pilotsuz hücum təyyarəsinin sınaqlarını keçirir

Ukraynada pilotsuz hücum təyyarəsinin sınaqlarının yekun mərhələsinə başlanılıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Ukroboronprom” dövlət konsernin mətbuat katibi Nataliya Sad məlumat verib.

“Bir sıra uğurlu sınaqlar arxada qaldı. Biz elektron mübarizə üzrə sınaq mərhələsinə keçirik. Ümid edirik ki, onu döyüşlərdə də görə biləcəyik”, - deyə Sad bildirib.

Pilotsuz təyyarənin 75 kiloqram döyüş başlığı daşıya biləcəyi və 1000 kilometrə qədər uçuş məsafəsinə malik olacağı proqnozlaşdırılır.

Xəbər lenti