Xəzər Xəbər

“WhatsApp” istifadəçiləri üçün daha bir yenilik edilir FOTO

Texnologiya | 12:42 • 30 Noyabr 2022
“WhatsApp” istifadəçiləri üçün daha bir yenilik edilir

“WhatsApp”ı artıq planşetlərdə də istifadə etmək mümkün olacaq. Belə ki, “beta” versiyasının istifadəçiləri mesencerin artıq sözügedən qadcetdə quraşdırılmasını təklif edən bildiriş alıblar.

Müvafiq bildiriş “Android”in sınaq versiyasında 2.22.24.18 nömrəsi ilə peyda olub.

Ancaq o da qeyd olunur ki, “WhatsApp”ın planşet versiyasında bəzi funksiyalar, məsələn, real vaxtda məkanı paylaşmaq imkanı mövcud olmaya bilər.

Tətbiqin planşetlərdə tam işləyəcəyi vaxt hələ açıqlanmayıb.

Xəbər lenti