Xəzər Xəbər

Xalq artisti Dədə Süleymanın vəfatından yazdı: "Ölüm xəbərini eşidəndə..."

Şou Biznes | 11:40 • 25 Oktyabr 2022
Xalq artisti Dədə Süleymanın vəfatından yazdı: "Ölüm xəbərini eşidəndə..."

Xalq artisti Nəzakət Teymurova mərhum xanəndə, Əməkdar artist Süleyman Abdullayevlə bağlı paylaşım edib.

XəzərXəbər xəbər verir ki, o, instaqram hesabında birlikdə çəkilən fotolarını yayımlayaraq bunları yazıb:

"Muğam dünyamızın bir yarpağı da töküldü... Dədə Süleymanı da itirdik. Dədə, özümdə güc tapa bilmədim, səni xəstə yatağında ziyarət edim. Sən bizim gözümüzdə qaməti əyilməz Dədə idin. Zalım xəstəlik səni də yatağa saldı. Ağır itkidir sənət üçün. Hər bir xanəndə dünyaya muğamla göz açır, muğamla da köçür. Ölüm xəbərini eşidəndə ruhuna fatihə, sonra isə segah oxudum. Allah rəhmət etsin sənə, Dədə Süleyman!”.

Qeyd edək ki, S.Abdullayev oktyabrın 23-də 83 yaşında vəfat edib.

Xəbər lenti