Xəzər Xəbər

Özü "Qızıl top"çu oldu: Bütün gözlər sevgilisində qaldı FOTO

Şou Biznes | 15:54 • 19 Oktyabr 2022
Özü "Qızıl top"çu oldu: Bütün gözlər sevgilisində qaldı

Dünən keçirilən mərasimlə ilin ən yaxşı oyunçusu “Real”ın ulduzu Kərim Benzema olub. Mərasimdən əvvəl qırmızı xalçada zəriflik yarışına girərkən bütün gözlər fransız hücumçunun sevgilisinə çevrilib. Digər tərəfdən mərasimdə Ronaldo ilə bağlı bir detal da yaşanıb.

Fransada keçirilən möhtəşəm mərasimdə qırmızı xalça ziyafəti keçirilib. Gecədə bir çox futbolçu həyat yoldaşı və sevgililəri ilə görünsə də, əfsanəvi adlar da iştirak edib.

Digər tərəfdən “Qızıl top” mükafatı formula 1 avtomobili ilə gətirilib. Futbolçuların arzusu olan mükafat fransız pilot Estaban Okonun idarə etdiyi “Formula 1” avtomobilində idi.

Robert Levandovski ve həyat yoldaşı Anna Levandovski 

"Real"ın belçikalı qapıçısı Tibo Kurtua sevgilisi Mişel Gerziq ilə mərasimə gəlib. Əvvəlki aylarda Kurtua sevgilisinə evlilik təklifi etmişdi. Modellik edən Mişel Gerziq də “Instagram” hesabında təklifə "hə" dediyi anları açıqlayıb.

Cütlüyün bu il evlənəcəyi gözlənilir. Digər tərəfdən, Tibo Kurtuanın sevgilisi ilə bağlı verdiyi cavab gündəmə gəlib. Belçikalı qapıçı: "15. Çempionlar Liqası, yoxsa sevgilin? Mütləq 15. Çempionlar Liqası", - ifadələrindən istifadə edib.

Model İzabel Qulart

Alexia Putellas bir daha qadınlara verilən “Qızıl top” mükafatını qazandı. Robert Levandovski ilin ən yaxşı hücumçusuna verilən “Gerd Müller” kubokunu qazanıb. Alexia Putellas ardıcıl ikinci dəfə qadınlar arasında “Qızıl top”unu qazanıb.

Mərasimdə bütün gözlər gecənin ulduzu olan Benzemanın sevgilisinə çevrilib.

Mərasimdə fransalı hücumçunun sevgilisi Jordan Ozuna fotoqraflara poza verib.

“Mançester Yunayted”in portuqaliyalı ulduzu Kriştianu Ronaldo reytinqdə 20-ci yerdə qərarlaşa bilib. Ronaldo 2006-cı ildən bəri ilk dəfə "Qızıl top"un səsverməsində ilk 10-luqdan kənarda qalıb.

7 dəfə bu mükafatı ən çox qazanan Lionel Messi 2022-ci ilin “Qızıl top”una namizədlər arasına düşməyib. Komanda yoldaşı Neymarla birlikdə siyahıda olmayan Messi 2005-ci ildən bəri ilk dəfə bu mükafata namizəd olmayıb.

Gecənin aparıcıları Didye Droqba və Sandy Heribert

"Bavariya"da çıxış edən Sadio Mane “Sokrates” mükafatına layiq görülüb. "Barselona"da çıxış edən Qavi ilin ən yaxşı gənc oyunçusuna verilən “Kopa” kubokunu qazanıb.

Tibo Kurtua ilin ən yaxşı qapıçısına verilən “Yachine Trophy” mükafatına layiq görülüb.

“Mançester Siti” ilin klubu seçilib. 

Kevin de Bruyne və həyat yoldaşı Mişel Lakroix


 

lent.az

Xəbər lenti