Xəzər Xəbər

Hamı onu Barış Manço kimi tanıyırdı - Əsl adı tamamilə fərqli imiş

Şou Biznes | 16:21 • 16 Oktyabr 2022
Hamı onu Barış Manço kimi tanıyırdı - Əsl adı tamamilə fərqli imiş

Ustad sənətkar, hər kəsin sevimlisi Barış Manço unudulmaz mahnıları ilə hər zaman hörmətlə yad edilir.

2 yanvar 1943-cü ildə dünyaya göz açan Barış Manço çəkdiyi film və televiziya proqramları, eləcə də mahnıları ilə uzun illər uşaqdan böyüyə “Barış Abi” olaraq ürəklərdə taxt qurdu. Hələ də ifa etdiyi uşaq mahnıları ilə böyüklü-kiçikli hər kəs tərəfindən dinlənilən mərhum sənətçi Barış Mançonun həyatı bu gün də sosial medianın müzakirə mövzularından biri olaraq qalır.

Bir müddət əvvəl Barış Mançonun oğlu Doğukan Manço müsahibə zamanı atasının əsl adının nə olduğunu açıqlayıb və həyatından xatirələr paylaşıb.


Doğukan Manço atasının 4 adı olduğunu deyəndə hər kəs xeyli təəccüblənib.


Beş dildə ana dili kimi danışan və bir çox dil bilən Barış Manço "Ən gözəl dilhansıdır?" sualına “Ən gözəl dil ən şirin dildir” verdiyi cavabı sənətkarın əslində həqiqətən də həyat fəlsəfəsini ümumiləşdirən iki kəlimə olduğunu dilə gətirən Doğukan Manço atasına olan həsrətini hər fürsətdə dilə gətirir.

XəzərXəbər hamının Barış Manço kimi tanıdığı sənətçinin həyatının maraqlı faktlarını təqdim edir:


Açıklama yok.

İlk adı Mehmet, sonralar Tosun Yusuf, Mehmet Barış olan Barış Manço 1983-cü ildə TRT kanalında Eurovision Mahnı Müsabiqəsinin Türkiyə seçmələrində "Kazma" mahnısı ilə iştirak etmiş, lakin yarışa vəsiqə qazana bilməmişdir.
 

Manço 1983-cü ildə "Estağfurullah Ne Haddimize", 1985-ci ildə "24 karat" və 1986-cı ildə "Sahibinden Gazetecitan" albomları ilə xalqa özünü sevdirməyi bacarmışdı. Daha sonra o, "Darısı Başına", "Mega Manço", "İcazənizlə Uşaqlar" və "Yaponiyada Yaşa" albomlarını çıxarıb.
 

Barış Manço həm mahnı sözləri, həm də musiqidə açdığı yol ilə incəsənət sahəsinə mühüm töhfələr verib. Bir çox mahnılarının son misrasına öz adını da daxil edən Barış Manço, xalq şeiri ənənəsində olduğu kimi, “müasir dövrün şairi” kimi unudulmuş dəyərləri xatırladaraq, ictimai məsələlərə diqqət çəkib. Nəğmələrində atalar sözləri və deyimlərdən istifadə edərək onları xalqın yaddaşına həkk etmişdir.
 

Lalə Çağların "Mən zəng edə bilərəmmi?" sualına "Mənimlə evlənsən bilərsən" deyə cavab verən Barış Manço bu görüşdən 2 il sonra, 1979-cu ildə Lalə xanımla evlənir. Barış-Lalə Mançonun Doğukan Hazar və Batıkan Zorbey adlı iki oğlu olub.
Açıklama yok.

Musiqi həyatından bəhs edən "40-cı il" mahnısını bəstələyən Barış Manço bir dönəmdə iz qoymuş mahnıları yenidən aranjiman edərək ifa edib. Əvvəllər təzyiqlə bağlı problemləri olan sənətçi 1999-cu il yanvarın 31-dən fevralın 1-nə keçən gecə saat 23.30 radələrində təzyiqinin qəfil enməsi nəticəsində halı pisləşir. Təcili yardımla Siyami Ersek Sinə və Ürək-damar Cərrahiyyə Mərkəzinə aparılan Barış Mançonu edilən müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
 

Barış Manço musiqi karyerasının başlanğıcından bəri bir çox mükafatlara layiq görülüb.


O, "Qızıl Orfey", "Belçika Mədəniyyət Elçisi", "Türkiyə Cümhuriyyətinin Dövlət Artisti", "Hacettepe Universitetinin Fəxri Doktoru və “Yaponiya Soka Universiteti Mədəniyyət və Sülh Mükafatı", " Belçika", “Leopold Krallığının Cəngavəri" və "Fransa Mədəniyyət Nazirliyinin Ədəbiyyat və İncəsənət Cəngavəri", Kocaeli Universiteti Sülh Diplomu, Türkmənistan Prezidentliyindən Türkmənistan vətəndaşlığı, Pamukkale Universitetinin fəxri doktoru, Yaponiya “Şərəf Medalı", "Belçika Lyej Knyazlığının Fəxri Vətəndaşlıq Sertifikatı" almışdır.
 

Ölümü böyük kədərə səbəb olan sənətçinin dəfn mərasimi cəmiyyətin bütün təbəqələrini bir araya gətirib. Barış Mançonun ölümündən əvvəl hazırladığı "Mançoloji" albomu 2,6 milyon satışla həmin ilin ən çox satılan albomu olmuşdu. Klassik avtomobillərə və əntiq əşyalara həvəsi olan sənətçinin evi hal-hazırda muzeyə çevrilib.

Açıklama yok.

Barış Manço Rok Dərnəyi isə Barış Mançonun xatirəsini yaşatmaq məqsədilə yaradılıb. 1997-ci ildə Barış və Lale Manço tərəfindən inşasına başlanılan və bu gün orta məktəb olaraq fəaliyyətini davam etdirən Tuzladakı ibtidai məktəb Barış Mançonun adını daşıyır./sfera.az

Xəbər lenti