Xəzər Xəbər

Hadisə bütün SİRLƏRİNİ AÇDI: 15 yaşımda...

Şou Biznes | 18:15 • 12 Oktyabr 2022
Hadisə bütün SİRLƏRİNİ AÇDI: 15 yaşımda...

Beynəlxalq Qız Uşaqları Günü ilə bağlı “Qızlar dünyanı dəyişir” adlı konfransda çıxış edən müğənni Hadisə Belçikada yaşadığı illərdə ayrıseçkiliyə məruz qaldığını, hətta ağır ifadələr eşitdiyini bildirib.

XəzərXəbər xəbər verir ki, sənətçi jurnalist Yekta Kopanın moderatorluğu ilə keçirilən tədbirdə iştirak edən məşhur müğənni qadın və kişi bərabərliyi mövzusuna da toxunub:

“Ayrıseçkiliyə məruz qalırdım, davamlı olmasa da, “murdar türk” sözünü belə eşitdim. Belçikada məruz qaldığım rasizmi (irqi ayrıseçkilik) xeyrimə istifadə elədim. Bu təsirlərdən özümü daha yaxşı olmağa məcbur hiss elədim. Çünki mənə olan hücumlardan güclənirəm.

Biz qadınlar kliplərdə sevgi səhnələrinə çəkiləndə inanılmaz reaksiya gəlir. Lakin kişi sənətçilərdə bu reaksiyaları çox görmürəm. Bu yaxınlarda bir kişi müğənninin klipini izlədim. Klipdə eşq səhnələri olsa da, həmin müğənni ilə bağlı neqativ fikirlər görmədim”.

UNİCEF Türkiyənin uşaq haqlarının müdafiəçisi olan Hadisə iş həyatının 15 yaşından başladığını vurğulayıb: “15 yaşımda həm oxumuşam, həm də çörək sexində işləmişəm. Odur ki, bu həyatda arzularının arxasınca qaçmağın nə olduğunu çox yaxşı bilirəm.

Ailədə 4 uşaq olmuşuq. 11 yaşım olanda anam atamdan ayrıldı. Bizim üçün çox travmatik bir dönem idi. Anamın da pulu yox idi, amma ayrılmaqda qərarlı idi. Mən onda anamın nə qədər güclü qadın olduğunu anladım. Ona baxıb dedim ki, bu, necə bir qadındır, necə bir gücdür. Nə istədiyini bilən çox dəqiq adam idi. O həmişə bizə deyirdi ki, öz ayaqlarınızın üzərində qalmağı bacarın, sonra nə yaşamaq istəyirsinizsə, onu yaşayın”.

Xəbər lenti