Xəzər Xəbər

Türkiyənin məşhur aktyoru infarkt keçirdi

Türkiyənin tanınmış teatr və kino aktyoru Rasim Öztəkin infarkt keçirib.
Şou Biznes | 14:30 • 8 Mart 2021
Türkiyənin məşhur aktyoru infarkt keçirdi

Türkiyənin tanınmış teatr və kino aktyoru Rasim Öztəkin infarkt keçirib.

“TRTHaber” xəbər verir ki, 62 yaşlı aktyor xəstəxanaya yeləşdirilib.

Orada həkimlərin müdaxiləsi nəticəsində Rasim Öztəkinin vəziyyəti normallaşıb.

O, daha sonra Toraks və Ürək-Damar Cərrahiyyəsi Xəstəxanasındadır.

Rasim Öztəkinin səhhətinin yaxşılaşdığı bildirilib.

Qeyd edək ki, o, Türkiyənin “Səksənlər” serialında Ahmet, Çağatay və Nazlının atası, Çınaraltı məhəlləsinin keçmiş icra nümayəndəsi Fehmi Özdemir rolundan da tanışdır./report

Xəbər lenti