Xəzər Xəbər

Ermənistan "Avroviziya-2021" müsabiqəsində iştirak etməyəcək

Şou Biznes | 15:06 • 5 Mart 2021
Ermənistan "Avroviziya-2021" müsabiqəsində iştirak etməyəcək

Ermənistan bu il "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsində iştirak etməyəcək.
 
Erməni mediasının verdiyi xəbərə görə, bu barədə Ermənistan İctimai Televiziyası məlumat yayıb. 
 
"Baş verən hadisələr, vaxt azlığı və digər obyektiv səbəblər Ermənistanın mahnı müsabiqəsində layiqincə təmsil olunmasına imkan vermir", - deyə məlumatda bildirilib.

Xəbər lenti