Xəzər Xəbər

İmişlidə pambıq tayası yanıb

Region | 17:38 • 22 May 2025
İmişlidə pambıq tayası yanıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İmişli rayonu, Qaralar kəndi yaxınlığında pambıq tayasında yanğın olması barədə ilkin məlumat daxil olub.

Xezerxeber.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.

Xəbər lenti

Çox oxunanlar