Xəzər Xəbər

Kür çayında suyun səviyyəsinin qalxması Kürdəmirdə fəsadlara səbəb olub FOTO

Region | 13:58 • 12 May 2025
Kür çayında suyun səviyyəsinin qalxması Kürdəmirdə fəsadlara səbəb olub

Kür çayında suyun səviyyəsinin qalxması Kürdəmir rayonunun kəndlərində fəsadlara səbəb olub. Fəsadlar əsasən Kürqırağı yerləşən yaşayış məntəqələrində yaranıb. 
Xezerxeber.az-ın sakinlərdən əldə etdiyi məlumata görə, Kür çayı daşaraq rayonun Sovla kəndində əkin sahələrinə dolub. 
Çayda suyun səviyyəsinin artması nəticəsində həmçinin Köhünlü kəndində isə qrunt suları təsərrüfatları basıb. 
Qeyd edək ki, bir neçə gündür yağan intensiv yağışlar səbəbindən Kür çayında suyun səviyyəsi artıb. Nəticədə Sabirabad, Salyan və digər Kürətrafı yerləşən rayonların kəndlərində də qrunt sularının qalxmasına səbəb olduğu barədə məlumatlar var. 

Atif

Xəbər lenti

Çox oxunanlar