Xəzər Xəbər

Qubada qəzalı körpünün bərpasına başlanılıb

Region | 15:39 • 24 Aprel 2025
Qubada qəzalı körpünün bərpasına başlanılıb

Qubanın Birinci və İkinci Nügədi kəndlərinin sərhədində, Qaraçayın üzərindəki qəzalı vəziyyətdə olan köprünün bərpasına başlanılıb.

Xezerxeber.az xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov və Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədr müavini Əvəz Qocayev mütəxəssislərlə birlikdə Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində yerləşən körpüdə yaranmış qəzalı vəziyyətlə yerində tanış olublar.

Quba rayon Fövqəladə Hallar Komissiyasının sədri Tariyel İbrahimov bildirib ki, mövcud vəziyyət ətraflı müzakirə olunub və qısa vaxtda görüləcək tədbirlər müəyyənləşdirilib.

"Artıq bu gündən rayonun Birinci və İkinci Nügədi kəndlərinin sərhədində, Qaraçayın üzərindəki qəzalı vəziyyətdə olan köprünün bərpasına başlanılıb. Körpü qısa müddətdə bərpa olunaraq sakinlərin istifadəsinə veriləcək. Amma növbəti mərhələdə həmin ərazidə yeni körpünün tikintisi nəzərdə tutulur. Bu məsələlər daha ətraflı müzakirə edildikdən sonra yekun qərar veriləcək",- deyə Tariyel İbrahimov söyləyib.

Xəbər lenti