Lerik rayonunda ölümlə nəticələnən yol qəzası ilə bağlı araşdırma aparılır.
Bu barədə Xezerxeber.az-a DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Qeyd olunub ki, aprelin 24-də saat 08 radələrində E.Qasımov idarə etdiyi "Ford Transit" markalı avtomobillə Lerik rayonunun Zenonu kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.
Nəticədə avtomobildə olan sərnişin, 68 yaşlı R.Qasımova ölüb, sürücü və digər sərnişin xəsarət alıb.
Araşdırma aparılır.
11:28
Lerikdə "Ford Transit" markalı nəqliyyat vasitəsi aşıb, ölən və xəsarət alanlar var.
Xezerxeber.az xəbər verir ki, hadisə Lerik rayonunun Zenoni kəndi istiqamətində qeydə alınıb.
Hərəkətdə olan "Ford Transit" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək aşıb. Qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir.