Xəzər Xəbər

Çaşır yığarkən həyatından oldu

Region | 18:41 • 23 Aprel 2025
Çaşır yığarkən həyatından oldu

Şamaxı rayonunun Quşçu kəndi ərazisində bədbəxt hadisə baş verib. İlkin məlumata görə, Abşeron rayon sakini Sabir Xəlilov dağlıq ərazidə hündürlükdən yıxılıb. Ağır xəsarətlər alan şəxs hadisə yerində ölüb.

Xezerxeber.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupları cəlb olunub. Sabir Xəlilovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumata əsasən, o, dağda çaşır yığırmış.

Faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq başvermə səbəbi aparılan araşdırmanın nəticəsində bəlli olacaq.

Xəbər lenti