Xəzər Xəbər

İmişlidə mikroavtobus piyadanı vuraraq öldürüb

Region | 17:51 • 19 Yanvar 2025
İmişlidə mikroavtobus piyadanı vuraraq öldürüb

İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə İmişli-Biləsuvar avtomobil yolunun rayonun Çaxırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes Vito” markalı mikroavtobus yolu keçən Çaxırlı kənd sakini, 1936-cı il təvəllüdlü Aslanov Həsən Həsən oğlunu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti