Xəzər Xəbər

İran vətəndaşına narkokuryerlik edən şəxs yaxalanıb FOTO

Region | 09:00 • 1 Aprel 2023
İran vətəndaşına narkokuryerlik edən şəxs yaxalanıb

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin və tabeçiliyində olan Sumqayıt Xətt Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı İran vətəndaşına narkokuryerlik edən Bakı şəhər sakini Natiq Əlizadə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, həmin şəxsin üzərinə baxış keçirilən zaman hər biri 1,5 kiloqram olan ümumilikdə 3 kiloqrama yaxın heroin və marixuana, metamfetamin, eləcə də psixotrop təsirə malik həblər (ekstazi) aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Natiq Əlizadə barədə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti