Xəzər Xəbər

Şəkidə mənzildə meyit aşkarlanıb

Region | 09:37 • 31 Mart 2023
Şəkidə mənzildə meyit aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xezerxeber.az xəbər verir ki. bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərin meyiti aşkar edilərək, aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti