Xəzər Xəbər

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Region | 11:13 • 26 Mart 2023
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabad rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, minik avtomobilinin aşması nəticəsində rayon sakinləri - 2004-cü il təvəllüdlü Rəvan Babayev, 1993-cü il təvəllüdlü Ramiz İbayev və 2005-ci il təvəllüdlü Sahil Əhmədov xəsarət alıblar.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti