Xəzər Xəbər

Bərdədə narkotiklə əlaqədar 11 nəfər saxlanılıb FOTO

Region | 10:26 • 26 Mart 2023
Bərdədə narkotiklə əlaqədar 11 nəfər saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son iki həftə ərzində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan 11 nəfər saxlanılıb.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Xezerxeber.az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə rayon sakinləri əvvəllər məhkum olunmuşlar İlqar Orucov və Vüsal Məmmədov tutulublar. Aparılan müvafiq baxış zamanı İ.Orucovdan 1 kiloqram 110 qram marixuana və V.Məmmədovdan isə külli miqdarda heroin aşkar edilərək götürülüb. Bundan başqa son iki həftə ərzində keçirilən tədbirlərlə daha 9 nəfər də narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə saxlanılıblar. Bu əməliyyatlar zamanı isə 3 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Həmin şəxslərlə bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti