Xəzər Xəbər

Azad edilmiş ərazilərdə daha 248 hərbi sursat aşkarlanıb

Region | 12:59 • 28 Noyabr 2022
Azad edilmiş ərazilərdə daha 248 hərbi sursat aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 248 partlamamış hərbi sursat aşkarlayıb.

ANAMA-dan xezerxeber.az-a verilən məlumata görə, noyabrın 21-dən 26-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 10 mina və 248 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 321 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Xəbər lenti