Xəzər Xəbər

Qubada itkin düşən şəxsin meyiti tapılıb

Region | 09:44 • 24 Noyabr 2022
Qubada itkin düşən şəxsin meyiti tapılıb

Oktyabrın 15-dən itkin düşmüş 1953-cü il təvəllüdlü Quba rayonu, Xaltan kənd sakini Ağaxan İskəndərovun meyitinin yaşadığı kənddən bir qədər aralıda, dağlıq ərazidə tapılması faktı ilə bağlı hazırda Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə xezerxeber.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı zorakı əlamətlərə xas olan xəsarətlər, o cümlədən əynində olan paltarlarda zədələr müəyyən edilməyib.

Xəbər lenti