Xəzər Xəbər

Ağdaşda 3 yaşlı uşaq su arxında boğulub

Region | 09:02 • 24 Noyabr 2022
Ağdaşda 3 yaşlı uşaq su arxında boğulub

Bu gün saat 16 radələrində Ağdaş rayon sakini 2019-cu il təvəllüdlü M. Ağayevin yaşadığı evin yaxınlığındakı su arxına düşməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, polis, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin(FHN) əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti