Xəzər Xəbər

Tərtərdə minaya düşən şəxslərin ayaqları amputasiya edilib

Region | 13:01 • 1 Oktyabr 2022
Tərtərdə minaya düşən şəxslərin ayaqları amputasiya edilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Tərtərdə mina partlayışı hadisəsi barədə məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, 2022-ci 1 oktyabr tarixində Tərtər rayonunun işğaldan azad edilmiş ərazisində yerləşən “Üçüncü Sovxoz” adlı təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib.

Hadisə nəticəsində 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu və 1976-cı il təvəllüdlü Bayramov Rəfail Köçəri oğlu xəsarət alıb. Hər iki xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. İlkin məlumata əsasən ayaqları amputasiya edilib.

Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılır, araşdırmanın nəticəsinə dair ictimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər lenti