Xəzər Xəbər

Lənkəranda silsilə oğurluqlar edən keçmiş məhkum tutulub

Region | 14:28 • 5 Mart 2021
Lənkəranda silsilə oğurluqlar edən keçmiş məhkum tutulub

Lənkəranda silsilə oğurluqlar edən keçmiş məhkum tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, ötən il dekabrın 24-də rayon ərazisindəki evlərin birindən 800 ABŞ dolları, 700 manat məbləğində pul və qızıl-zinət əşyaları oğurladığına görə tutulmuş Gərmətük qəsəbə sakini, əvvəllər məhkum olunmuş M.Hacızadə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun daha bir evdən məişət əşyaları oğurlaması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti