Xəzər Xəbər

Əməkdar artist Mövsüm Hüseynov vəfat edib

Mədəniyyət | 09:51 • 20 Yanvar 2025
Əməkdar artist Mövsüm Hüseynov vəfat edib

Əməkdar artist Mövsüm Hüseynov vəfat edib.

Xezerxeber.az bildirir ki, bu barədə Sumqayıt Dövlət Dram Teatrından məlumat verilib.

Bildirilib ki, o uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Mövsüm Hüseynov 1958-ci il iyun ayının 13-də Laçın rayonunda anadan olub.

Aktyor Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında və Bakı Bələdiyyə Teatrında çalışıb.

O, 16 oktyabr 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.

Xəbər lenti