Xəzər Xəbər

Elxan Qasımov dəfn edilib

Mədəniyyət | 12:47 • 30 May 2023
Elxan Qasımov dəfn edilib

Tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasımov dəfn edilib.

Xezerxeber.az-ın məlumatına görə, mərhum Xırdalanda oğlu Samir Qasımovun məzarının yanında dəfn edilib.

Mərasimdə mərhumun sənət dostları, mədəni-ictimai xadimlər, iştirak edib.

Qeyd edək ki, Elxan Məmməd oğlu Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.

Xəbər lenti