Xəzər Xəbər

Tanınmış kinorejissor Elxan Qasımov vəfat edib

Mədəniyyət | 19:44 • 29 May 2023
Tanınmış kinorejissor Elxan Qasımov vəfat edib

Tanınmış kinorejissor, Əməkdar artist Elxan Qasımov mayın 29-da vəfat edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

Elxan Məmməd oğlu Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan Elxan Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.

Elxan Qasımov tamaşaçıların, həmkarlarının yadında o həmişə səmimi, sadiq dost, vətənsevər şəxsiyyət, istedadlı həmkar kimi qalacaq.

Xəbər lenti