Xəzər Xəbər

Napoleon haqqında serial çəkilir

Mədəniyyət | 13:38 • 22 Fevral 2023
Napoleon haqqında serial çəkilir

Amerikalı kinorejissor Stiven Spilberq HBO telekanalının sifarişi əsasında Fransa imperatoru Napoleon Bonapart haqqında yeni mini-serial üzərində işə başladığını bildirib.

Xezerxeber.az xəbər verir ki, mini-serialın ssenari müəllif Stenli Kubrik onu tammetrajlı film çəkilməsi üçün yazıb.

Stiven Spilberq bildirib ki, Napoleon haqqında layihə üzərində işə 2013-cü ildən başlayıb. Mini-serialda “Həqiqi detektiv”in prodüseri Keri Fukunaqa və ssenari müəllifi Devid Obern iştirak edir.

Layihə ilə bağlı başqa təfərrüatlar hələlik açıqlanmır.

Xəbər lenti