Xəzər Xəbər

Azərbaycanda qədim daş kitabə tapıldı FOTO

Azərbaycanda qədim aramey əlifbası ilə yazılmış daş kitabə tapılıb
Mədəniyyət | 13:01 • 16 Oktyabr 2022
Azərbaycanda qədim daş kitabə tapıldı

Şəki-Zaqatala iqtisadi rayonunun inzibati ərazisindən qədim aramey əlifbası ilə yazılmış daş kitabə tapılıb.

XəzərXəbər-in məlumatına görə, bu barədə APA-ya AMEA-nın Şəki Regional Elmi Mərkəzinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli bildirib.

A.Məmmədlinin sözlərinə görə, aparılan tədqiqat zamanı qədim aramey əlifbası ilə yazılmış daş kitabə aşkar edilib: “Bu tapıntının bölgə tarixi üçün maraqlı bir yenilik olduğunu deyə bilərik”.

A.Məmmədli yazının tədqiqat mərhələsində olduğunu əsas göstərərək, hələlik başqa məlumatın verilməsinin doğru olmadığını bildirib. Tədqiqatçı yaxında bölgənin tarixini özündə əks etdirən minlərlə eksponatın toplandığı muzeyin, eləcə də yazılı daşın təqdimatı ilə bağlı tədbirin keçiriləcəyini bildirib.

Xəbər lenti