Xəzər Xəbər

Azərbaycan və Türkiyə Vətən müharibəsi haqqında birgə film çəkəcək

Bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib.
Mədəniyyət | 13:08 • 2 Mart 2021
Azərbaycan və Türkiyə Vətən müharibəsi haqqında birgə film çəkəcək

“Qəhrəman əsgərlərimizin savaşını kino ilə daha təsirli səviyyədə göstərmək istiqamətində fəaliyyətə başlamışıq. Belə keyfiyyətli filmlərə ehtiyac var. Bu məqsədlə türk qardaşlarımız və şirkətlərlə birgə layihələrə başlamağı istəyirik”.

“TRT Haber” xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət naziri Anar Kərimov deyib.

“Azərbaycan Türkiyənin bu sahədəki təcrübəsini öyrənəcək və ondan istifadə edəcək”, - nazir bildirib.

A.Kərimov işğaldan azad olunmuş ərazilərin yenidən inşa ediləcəyini bildirib: “Biz bunu qardaş Türkiyə ilə birgə etmək istəyirik. Bərpa işlərində də türk qardaşlarımızla birgə çalışmaq istəyirik. Bu çərçivədə Mədəniyyət Nazirliyi və TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi - "Report") ilə razılaşmamız var. Türk qardaşlarımızın təcrübələrindən faydalanmaq istəyirik”.

Xəbər lenti