Xəzər Xəbər

Çindən ilin sonunadək 600-dən çox blok-qatar gətiriləcək AÇIQLAMA

İqtisadiyyat | 17:35 • 21 May 2025
Çindən ilin sonunadək 600-dən çox blok-qatar gətiriləcək

2024-cü ildə ölkələrimiz arasında dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin həcmi 47% artaraq 612 min ton təşkil edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Çin–Avropa (Sian) Dəmiryol Ekspresi”nin Qlobal Tərəfdaşlarının Forumunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Arif Ağayev deyib.

O qeyd edib ki, Çindən Azərbaycana göndərilən konteyner blok-qatarlarının sayı da sürətlə artır.

"2024-cü ildə ümumilikdə 287 blok-qatar, 2025-ci ilin ilk dörd ayında isə 73-ü tranzit, 92-si idxal rejimində olmaqla 165 blok-qatar artıq qəbul edilib. İlin sonunadək 600-dən çox blok-qatarın qəbulu gözlənilir. Bundan əlavə, 2024-cü il noyabrın 24-də Azərbaycandan Çinə ilk “Bakı–Sian” ixrac blok-qatarı yola salınıb. Bu günə kimi ümumi həcmi 10 min tona yaxın olan 6 blok-qatar yola salınıb. Bu rəqəmlər Orta Dəhlizin strateji əhəmiyyətini və potensialını bir daha təsdiqləyir", - deyə sədr müavini bildirib.

Xəbər lenti