Xəzər Xəbər

Azərbaycan bu il 19 tona yaxın qızıl idxal edib

İqtisadiyyat | 13:25 • 15 May 2025
Azərbaycan bu il 19 tona yaxın qızıl idxal edib

Bu ilin yanvar-mart aylarında Azərbaycan 1 milyard 703.7 milyon dollar dəyərində 18 min 941.97 kq qızıl idxal edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat açıqlayıb.

Azərbaycanın qızıl idxalında ən çox paya malik 3 ölkə Rusiya (23 faiz), Avstraliya (17.7 faiz) və Böyük Britaniyadır (11.6 faiz).

Ötən il isə Azərbaycana 11 ölkədən 3 milyard 312.9 milyon dolları dəyərində 41 min 78.4 kiloqram qızıl idxal etmişdi.

Qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0.15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.

Aşağıdakı cədvəldə bu ilin birinci rübündə Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi verilib:

Ölkələr miqdar, kq məbləğ, min ABŞ dolları
Özbəkistan 481.75 45 139.78
Rusiya 4 416.04 403 255.41
Amerika Birləşmiş Ştatları 298.64 26 232.93
Avstraliya 3 353.93 290 123.54
Böyük Britaniya 2 189.22 198 272.24
Braziliya 896.79 819 70.85
Cənubi Afrika Respublikası 100.48 9 233.64
Çin 1 173.72 108 207.58
Honkonq 171.77 15 384.9
İsveçrə 394.21 32 073.57
Kanada 1 375.07 129 773.39
Meksika 2 007.11 174 711.79
Türkiyə 959.78 88 713.07
Yaponiya 37.88 3 552.22
Zimbabve 12.2 1 133.44
Almaniya 1 012.1 90 445.28
İspaniya 48.16 4 252.43
Rumıniya 13.12 1 224.06

Xəbər lenti