Elektrik mühərrikli avtomobillərin qlobal satışları 2025-ci ildə 20 milyon ədədi ötəcək, bu da dünyada satılan avtomobillərin dörddə birindən çoxunu təşkil edəcək.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin dünyada elektrikli avtomobillərin inkişafı ilə bağlı hesabatına istinadən xəbər verir.
“Daha bir sabit artım ilindən sonra elektrik avtomobillərinin qlobal satışları 2025-ci ildə 20 milyonu ötmək yolundadır ki, bu da dünyada satılan avtomobillərin dörddə birindən çoxunu təşkil edəcək”, - hesabatda qeyd olunur.
Məlumata görə, 2024-cü ildə dünya üzrə satışlar 17 milyon ədədi ötərək elektrikli avtomobillərin qlobal avtomobil bazarındakı payını ilk dəfə olaraq 20%-i üstələyib.
Bununla yanaşı hesabatda bildirilir ki, 2025-ci ilin ilk üç ayında isə elektrikli avtomobil satışları illik müqayisədə 35% artıb.
“Avtomobil sektoruna təzyiq göstərən son iqtisadi çətinliklərə baxmayaraq, elektrik modelləri getdikcə daha münasib qiymətə satıldığı üçün onların qlobal satışı rekordları qırmağa davam edir”, - sənəddə vurğulanır.