Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2025-ci il 1 aprel tarixinə xarici dövlət borcunun səviyyəsi 5,1 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Operativ məlumatlara əsasən, 2025-ci il 1 aprel tarixinə xarici dövlət borcu cari il üzrə proqnozlaşdırılan ÜDM-in 6,6 faizini təşkil edib.
Operativ məlumatlara əsasən, daxili dövlət borcunun səviyyəsi 2025-ci il 1 aprel tarixinə 1,8 milyard manat təşkil edib və cari il üzrə proqnozlaşdırılan ÜDM-in 13,8 faizini təşkil edib.