Xəzər Xəbər

Azərbaycanda ortaaylıq əməkhaqqı 8,1 faiz artıb

İqtisadiyyat | 17:46 • 6 Fevral 2025
Azərbaycanda ortaaylıq əməkhaqqı 8,1 faiz artıb

Ötən ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 8,1 faiz artaraq 1009,2 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Xezerxeber.az-a bildirilib ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

2025-ci il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1778,5 min nəfər olub, onlardan 882,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5 faizi təhsil, 13,5 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,3 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 2,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 15,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Rubrikanın digər xəbərləri

Ən sürətlə inkişaf edən ölkələr
Ən sürətlə inkişaf edən ölkələr SİYAHI
11:41 • 16 Mart 2025
Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:22 • 13 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
09:27 • 13 Mart 2025
Azərbaycanda ÜDM artıb
Azərbaycanda ÜDM artıb
16:39 • 12 Mart 2025
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:41 • 11 Mart 2025
“Brent” nefti 70 dollardan enib
“Brent” nefti 70 dollardan enib
09:13 • 11 Mart 2025
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
10:39 • 8 Mart 2025

Xəbər lenti