Xəzər Xəbər

Azərbaycanda avtomobil istehsalı artıb

İqtisadiyyat | 17:44 • 17 Yanvar 2025
Azərbaycanda avtomobil istehsalı artıb

2024-сü ildə Azərbaycanda 5 min 998 ədəd və ya əvvəlki illə müqayisədə 2129 ədəd (və ya 55%) çox minik avtomobili istehsal olunub. 

Xezerxeber.az xəbər verir ki, bu barədə  Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilir.

2025-ci il yanvarın 1-nə hazır məhsul ehtiyatı 115 ədəd olub. 

Dövr ərzində əvvəlki illə müqayisədə traktorların istehsalı 5,9 faiz azalaraq 623 ədəd təşkil edib.

Yük avtomobillərinin istehsalı isə 12,8% azalaraq 697 ədədə düşüb. 

Xəbər lenti