Xəzər Xəbər

Avtomobillərin utilizasiya fondu hansı mənbələr hesabına maliyyələşəcək?

İqtisadiyyat | 14:39 • 6 İyun 2023
Avtomobillərin utilizasiya fondu hansı mənbələr hesabına maliyyələşəcək?

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiya fondu yaradılır.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin iyunun 6-da keçirilən növbədənkənar iclasının gündəliyində müzakirəyə çıxarılan “İstehsalat və məişət tullantıları haqqında” Qanuna dəyişikliklə bağlı qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, güzəştin və birdəfəlik ödənişin maliyyələşdirilməsi, habelə nəqliyyat vasitələrinin utilizasiyası üzrə tədbirlərin stimullaşdırılması və təşviqi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən nəqliyyat vasitələrinin utilizasiya fondu yaradılır.

Nəqliyyat vasitələrinin utilizasiyası fondu məqsədli büdcə fondudur və aşağıdakı müstəqil mədaxil mənbələri hesabına maliyyələşir:

- utilizasiyası haqqı;

- kreditlər və qrantlar;

- hüquqi və fiziki şəxslərin könüllü ianələri;

- beynəlxalq təşkilatların və digər donorların ayırmaları;

- qanunla qadağan olunmayan digər mənbələr.

Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.

Digər dəyişikliyə əsasən, dövlət adından yaradılan publik hüquqi şəxslərə, dövlət idarə, müəssisə və təşkilatlarına məxsus olan və bu qanunun 14-7-ci maddəsinin birinci hissəsinin üçüncü abzasına uyğun olaraq aidiyyəti dövlət qeydiyyat orqanı tərəfindən utilizasiyaya verilən nəqliyyat vasitələri üzrə birdəfəlik ödəniş məbləğləri dövlət büdcəsinə köçürülür.

Rubrikanın digər xəbərləri

Xəbər lenti