Xəzər Xəbər

Avropa İttifaqı Rusiyanın 200 milyard avrodan çox aktivini dondurub

İqtisadiyyat | 17:45 • 25 May 2023
Avropa İttifaqı Rusiyanın 200 milyard avrodan çox aktivini dondurub

Avropa İttifaqı ölkələrində Rusiya Mərkəzi Bankının 200 milyard avrodan çox aktivi dondurulub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat katibi Kristian Viqand Brüsseldə keçirilən mətbuat konfransında deyib.

“Operatorlar və üzv dövlətlər Moskvaya qarşı 10-cu sanksiya paketinə uyğun olaraq, Rusiya Mərkəzi Bankının dondurulmuş aktivləri barədə komissiyaya məlumat verib. Yalnız Avropa İttifaqında dondurulan aktivlərin həcmi 200 milyard avrodan çoxdur”, - deyə Kristian Viqand bildirib.

Avropa Komissiyasının mətbuat katibi Rusiyanın dondurulmuş vəsaitlərinin Ukraynaya verilməsi planları barədə sualı isə belə cavablandırıb: “Bunun üzərində gərgin iş gedir. Biz Rusiyanın Ukraynaya vurduğu zərəri ödəməsini istəyirik”. Onun sözlərinə görə, Rusiya Mərkəzi Bankının aktivlərindən bu məqsədlə istifadə edilməsi üzv dövlətlərin təklif etdiyi variantlardan biridir.

Xəbər lenti