Xəzər Xəbər

Beynəlxalq avtomobil daşımalarına dair icazə blankları ləğv edilib

İqtisadiyyat | 16:18 • 29 Mart 2023
Beynəlxalq avtomobil daşımalarına dair icazə blankları ləğv edilib

Beynəlxalq avtomobil daşımalarına dair icazə blankları ləğv edilib.

Xezerxeber.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Gömrük Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Dəyişikliklə Dövlət Gömrük Komitəsinin beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericiliyə uyğun olaraq icazə blanklarının verilməsi səlahiyyəti ləğv olunub.

Qanun 2023-cü il martın 1-dən qüvvəyə minir.

Xəbər lenti