Xəzər Xəbər

İran bibərində zərərli orqanizm aşkarlanıb

İqtisadiyyat | 17:43 • 28 Mart 2023
İran bibərində zərərli orqanizm aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

AQTA-dan verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində “Nur Agro 2021” MMC tərəfindən İran İslam Respublikasından idxal olunan 5 ton 890 kiloqram rəngli bibər məhsulundan nümunələr götürərək təhlükəsizlik göstəricilərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edib.

Müayinələr nəticəsində məhsulda karantin tətbiq edilən zərərli orqanizm olan qonur qırışıqlıq virusu aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Karantin tətbiq olunan zərərli orqanizmlə sirayətlənmiş məhsul “Təhlükəli tullantılar” MMC-yə məxsus poliqonda məhv edilib.

Xəbər lenti