Xəzər Xəbər

Banklarda dollar bolluğu var?

Azərbaycanda banklar valyuta hərracında növbəti dəfə dollar almayıb
İqtisadiyyat | 12:37 • 26 Yanvar 2023
Banklarda dollar bolluğu var?

26 yanvar 2023-cü il tarixində Azərbaycan Mərkəzi Bankında növbəti valyuta hərracı keçirilməyib.

Xezerxeber.az xəbər verir ki, hərracda banklar tərəfindən ikinci dəfə sifariş təqdim edilməyib.

Xatırladaq ki, yanvarın 24-də keçirilən valyuta hərracında da banklar Mərkəzi Bankdan dollar sifariş etməmişdi. 

Məlumata görə, yanvarın 5-də keçirilmiş ilin ilk hərracında 52.7 milyon dollar satıldığı halda, növbəti hərraclarda uyğun olaraq 51.2 milyon dollar, 35 milyon dollar, 18.7 milyon dollar, 1.5 milyon dollar olub. Yanvarın 24-də keçirilmiş hərracda isə ilk dəfə olaraq dollara tələbat olmayıb. 

Ümumilikdə yanvar ayında keçirilmiş 6 hərracda 159.1 milyon dollar satılıb. Halbuki 2022-ci ilin yanvarında keçirilmiş 6 hərracda bu göstərici 4 dəfə çox - 642.7 milyon dollar olub.

Xəbər lenti