Xəzər Xəbər

ŞAD XƏBƏR! Pensiya və müavinətlər artırılacaq

Pensiya və digər sosial ödənişlər artırılacaq
İqtisadiyyat | 12,849 | 14:03 • 26 Sentyabr 2022
ŞAD XƏBƏR! Pensiya və müavinətlər artırılacaq

"Büdcəni analiz edərkən sosial yönümlü xərclərin artırılması istiqamətində addımlar atılır. Büdcədə əməyin ödənilməsinə təxminən 400 milyon manatdan artıq vəsaitin ayrılması, sosial müdafiənin gücləndirilməsi üçün isə 200 milyon manatdan artıq əlavə vəsaitin ayrılması nəzərdə tutulub".

XəzərXəbər xəbər verir ki, bunu Milli Məclisin komitə sədrinin müavini Əli Məsimli deyib.

Onun sözlərinə görə, burada da əsas rol qiymət artımlarıdır: "Azərbaycanda qiymət artımı əhalini daha çox narahat edən məsələdir. Bu il inflyasiya 13%-dir. Növbəti il bunun 7%-ə endirilməsi istiqamətində tədbirlər planlaşdırılır".

Ə. Məsimli bildirib ki, Azərbaycan hökuməti yoxsul və az təminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həm maaşların, həm pensiyaların artırılması yönündə addımlar atmalıdır: "Vergi güzəştlərinin edilməsi məsələn dağ rayonlarında, qaz və işığa daha əlverişli limitlərin qoyulması istiqamətində addımlar atılmalıdır ki, həm bilavasitə əhalinin pensiyalarının, maaşlarının artması nəzərə çarpan olsun, həm də əhalinin güzəranında yaxşılaşma olsun. Eyni zamanda da süni qiymət artımları aradan qaldırılmalıdır ki, həmin artan sosial vəsaitlər qiymət artımının yeminə çevrilməsin".

Əli Məsimli 2023-cü ilin büdcəsində sosial vəsaitlərin artımının qiymət artımlarını kompensasiya etmək üçün ilə yetərli olmadığını da vurğulayıb: "Pensiyaçıların pensiyasının orta hesabla gələn ilin əvvəlində ən azı 13%-ə qədər artırılması gözlənilir. Amma 13% mütləq rəqəmlərlə götürdükdə qiymət artımını kompensasiya etmək üçün elə də böyük məbləğ olmayacaq".  

Xəbər lenti