Xəzər Xəbər

Pensiya alanlara ŞAD XƏBƏR: Bu qədər artacaq

İqtisadiyyat | 40,142 | 12:05 • 6 Sentyabr 2022
Pensiya alanlara ŞAD XƏBƏR: Bu qədər artacaq

Azərbaycanda pensiyalar hər il inflyasiya dərəcəsinə görə indeksləşdirilir.

Ötən il (2021) Azərbaycanda inflyasiya dərəcəsi 6.7 faiz (mənbə Mərkəzi Bank-müəll.) təşkil olub. İndeksləşmə isə real ifadədə pensiya məbləğinə uyğun olaraq 6-11 manat aralığında təşkil edib.

Bu il inflyasiya dərəcəsi ötən illə müqayisədə təxminən 2 dəfə çoxdur.

Mərkəzi Bankın məlumatına görə, cari ilin iyul ayı üzrə inflyasiya dərəcəsi 14 faiz təşkil edib. Bu rəqəmin ilin sonuna qədər 18-20 faizə qədər artacağı proqnozlaşdırılır. Bu isə pensiyaların indeksləşməsində daha çox artımın olacağı deməkdir.

Təxmini hesablamalara görə, pensiyalar 2023-cü ilin yanvar ayında 21-45 manat aralığında artacaq. 

Qeyd edək ki, büdcə Milli Məclis tərəfindən qəbul olunur. Milli Məclisin payız sessiyası artıq öz işinə başlayıb. Parlamentin payız sessiyasının ilk iclası sentyabrın sonunda keçirilməsi gözlənilir. 2023-cü il üzrə büdcə zərfi də məhz payız sessiyasında (noyabr ayında) müzakirəyə çıxarılacaq./Cebhe.info

Xəbər lenti