Azərbaycanın minifutbol üzrə millisi dünya çempionatında ilk qələbəsini qazanıb.
A qrupunda yer alan yığma Milli Gimnastika Arenasında Sloveniya yığması ilə qarşılaşıb.
Görüş Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Millinin heyətində Elvin Əlizadə (10), Mirmehdi Rzayev (11), Xətai Bağırov (25) və Kamran Abdullazadə (40) dəqiq zərbə müəllifi olublar.