Xəzər Xəbər

“Milan” derbidə “İnter”i məğlub edərək finala yüksəlib

İdman | 08:54 • 24 Aprel 2025
“Milan” derbidə “İnter”i məğlub edərək finala yüksəlib

Futbol üzrə İtaliya Kubokunda ilk finalçı bəlli olub.

Xezerxeber.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “İnter” və “Milan” komandaları üz-üzə gəliblər. Görüş “rossonerilər”in 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İki oyunun nəticəsinə əsasən, “İnter”i 4:1 hesabı ilə üstələyən komanda adını həlledici raunda yazdırıb.

İkinci finalçının adına bu gün oynanılacaq “Bolonya” - “Empoli” matçında aydınlıq gələcək.

Xəbər lenti