Xəzər Xəbər

Tanınmış futbolçu klub sahibi oldu

İdman | 16:15 • 21 Aprel 2025
Tanınmış futbolçu klub sahibi oldu

Səudiyyə Ərəbistanının "Əl-İttifaq" komandasının futbolçusu Mussa Dembele özünə klub alıb.

Xezerxeber.az xarici mətbuata istinadən xəbər verir ki, 28 yaşlı hücumçu Litvanın "Miniya" klubunun sahibi olub.

Hazırda Litva II Liqasında mübarizə aparan komanda 5 turdan sonra 6 xalla 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, Mussa Dembele "Seltik" (Şotlandiya), "Fulhem" (İngiltərə), "Atletiko Madrid” (İspaniya) və “Lion”dakı (Fransa) çıxışları ilə tanınır.

Xəbər lenti