Xəzər Xəbər

Juninyo bu gün Azərbaycanı tərk edir

İdman | 09:48 • 13 Yanvar 2025
Juninyo bu gün Azərbaycanı tərk edir

"Flamenqo"ya transfer olunan "Qarabağ"ın futbolçusu Olavio Juninyo Braziliyaya yollanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə "CNN Brasil" nəşri məlumat yayıb.

28 yaşlı hücumçunun bu gün Rio-de-Janeyroda olacağı gözlənilir. Amma forvard komandanın ABŞ-dəki mövsümöncəsi hazırlıq prosesinə qatılmayacaq və sözügedən şəhərdə məşq edəcək.

Qeyd edək ki, "Qarabağ" bu keçiddən 5 milyon avro qazanacaq. Olavio Juninyo 2023-cü ildən "köhlən atlar"ın formasını geyinir. Azərbaycan çempionatının və kubokunun qalibi olan forvard Ağdam klubunda 80 oyun keçirib, 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti