Xəzər Xəbər

Azərbaycan boksçusu dünya çempionatını bürünc medalla başa vurub

İdman | 12:55 • 24 Mart 2023
Azərbaycan boksçusu dünya çempionatını bürünc medalla başa vurub

Qadın boksçular arasında Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında yarımfinal mərhələsi yekunlaşıb. Bu mərhələdə Azərbaycan millisinin boksçusu Aynur Rzayeva da rinqə çıxıb.

Xezerxeber.az  Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, 81 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən yığmamızın üzvü qazaxıstanlı Lazzat Kunqeybayeva ilə üz-üzə gəlib. Görüşdə rəqib qələbə qazandığından finala yüksəlib. A.Rzayeva isə mundialı bürünc medalla başa vurub.

Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan dünya çempionatının final döyüşləri martın 25-də və 26-da keçiriləcək. Altmış beş ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.

Xəbər lenti