Xəzər Xəbər

“Qarabağ”ın hücumçusu Macarıstan klubuna transfer olub

İdman | 09:26 • 31 Yanvar 2023
“Qarabağ”ın hücumçusu Macarıstan klubuna transfer olub

Ağdamın “Qarabağ” klubunun hücumçusu Kvabena Ovusu Macarıstanın “Ferensvaroş” komandasına transfer olub.

Xezerxeber.az Ağdam təmsilçisinə istinadən xəbər verir ki, bununla bağlı klublar arasında razılıq əldə edilib.

“Ferensvaroş” da açıqlama yayaraq, Ovusunun transferini rəsmən elan edib. İlkin məlumatda transferin müddəti barədə xəbər verilməyib.

Qeyd edək ki, Ovusu 2020-ci ildən "Qarabağ"da çıxış edirdi. Ağdam klubu bu mövsüm Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Ferensvaroş"la qarşılaşıb (1:1, 1:3). Ovusu Bakıda heç-heçə bitən görüşdə "Qarabağ"ın yeganə qolunun müəllifi olub.

Xəbər lenti