Xəzər Xəbər

“Manchester United" və “Aston Villa qələbə qazanıb

İdman | 09:23 • 14 Noyabr 2022
“Manchester United" və “Aston Villa qələbə qazanıb

İngiltərə Premyer Liqasında 15-ci turun növbəti oyunları keçirilib.

Xezerxeber.az xəbər verir ki, noyabrın 13-ü daha 2 qarşılaşma olub.

“Fulhem” öz meydanında “Manchester United"ə məğlub olub - 1:2. Günün digər qarşılaşması da oxşar ssenari ilə yekunlaşıb. Belə ki, "Brayton" klubu da öz meydanında “Aston Villa”ya uduzub-1:2.

Qeyd edək ki, turnir cədvəlinə 37 xalla "Arsenal" başçılıq edir. "Mançester Siti" klubu 32 xalla 2-ci, "Nyukasl" isə 30 xalla 3-cü sırada qərarlaşıb.

Xəbər lenti