Xəzər Xəbər

"Barselona" Usman Dembeleni buraxmaq istəmir

İdman | 18:59 • 30 Sentyabr 2022
"Barselona" Usman Dembeleni buraxmaq istəmir

“Barselona” rəhbərliyi 25 yaşlı hücumçu Usman Dembeleni komandada saxlamaq niyyətindədir.

Bu barədə "Bein Sports"un jurnalisti Əşrəf Ben Ayad məlumat yayıb.

 

Futbolçunun "blauqrana" ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub. 

Usman Dembele bu mövsüm səkkiz oyuna çıxıb, iki dəfə fərqlənib və dörd dəfə məhsuldar ötürmə edib./fanat.az

Xəbər lenti